Sumqayıt şəhəri, 10-cu mikrorayonda idman meydançası baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 3 mart tarixində oxucular Sumqayıt24-ə xəbər verib.
Sakinlərdən verilən məlumata əsasən, 7-ci evin önündə (Qarabağ parkının yanı) yerləşən basketbol meydançasından uşaqlar istifadə edə bilmirlər. Burada oyun üçün nəzərdə tutulan bir ədəd səbət və bir ədəd lövhə yoxdur. [modula id="10780"]