Sumqayıtda “Uşaq muğam müsabiqəsi”nə start verilib. Buraya, həmçinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin dörd məktəbi də qatılıb. Bu haqda DünyaTV-yə istinadən xəbər veririk.
Müsabiqə Muğam mərkəzində təşkil olunub. Burada, 5-17 yaş arası olan ifaçılar iştirak edə bilər. Maraqlı məqamlardan biri də odur ki, məğlub olan iştirakçılar müsabiqədən uzaqlaşdırılmır, əksinə öz üzərində işləyərək iştirakını sona qədər davam etdirir.
Sonda ən çox bal toplayan ifaçı qalib seçiləcək və mükafatlandırılacaq.