12 fevral saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrının səhnəsində "Uşaqlıq" monotamaşası yenidən tamaşaçılara təqdim ediləcək. Bu haqda Teatr öz Facebook hesabında məlumat yayıb.
Çoxsaylı istəkləri nəzərə alaraq Ülviyyə Heydərova "Uşaqlıq" monotamaşası Xalq artisti Firudin Məhərrəmovun yozumunda və aktrisa İlahə Səfərovanın ifasında yenidən səhnədə nümayiş olunacaq.
Ətraflı məlumatı (018) 655-91-21; (055) 771-44-41; (070) 242-03-62 nömrələri ilə əlaqə saxlayıb əldə etmək mümkündür.