top
Vəd verilən, lakin hələ də həll yolu tapılmayan “əyər-əskiklər”
30 dekabr 2023, 08:00
- ↺ +

Vəd verilən, lakin hələ də həll yolu tapılmayan “əyər-əskiklər”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il olduğu kimi, bu il də redaksiyamız sakinləri narahat edən məsələləri daim diqqət mərkəzində saxlayıb. Bu müraciətlərin əksəriyyəti kommunal, yol infrastrukturu, eləcə də səhiyyə ilə bağlı olub.

İşıqlandırdığımız bir çox müraciətlərə rəsmi qurumlar tərəfindən münasibət bildirilir. Sumqayıt24 bu müddət ərzində sakinlərə çətinlik yaradan problemlərin aidiyyəti qurumlar tərəfindən vəd verildiyi, lakin hələ də həll yolunu gözləyən mühüm müraciətlərin bir qismini yenidən gündəmə gətirir:


  • “Saray” körpüsü


Gün ərzində yüzlərlə nəqliyyat vasitələrinin hərəkət etdiyi körpüdə iri çatlar və dərin çöküntülər müşahidə olunduğu haqda bir neçə dəfə məlumat vermişdik.

Sumqayıt şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı bunlar bildirilib: “Aidiyyəti qurumlara bu barədə məlumat verilib. Körpüyə baxış keçiriləcək və zəruri tədbirlər görüləcək”.

Sonda çıxış yolu olaraq köprünün üzərinə yükü azaltmaq məqsədilə yol nizamlayıcısı sarı işıqda qoyulub.


  • Marşrut avtobusları


Uzun müddət davam edən problemlərdən biri də ictimai nəqliyyatdır. Sakinlər dəfələrlə bir sıra marşrut avtobuslarında hərəkət intervalının böyük olmasından, sərnişin sıxlığından, eləcə də gecə saatlarında avtobusların tapılmamasından şikəyətçi olublar.

“İctimai nəqliyyatdakı mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb. Bu sahədə kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd olunan problemlər qeydiyyata alınıb və aidiyyəti qurumlara bu barədə məlumat veriləcək”, – deyə ŞİH bildirib.


  • Yol infrastrukturu


Şəhərin mərkəzi küçələri asfaltlı olsa da, Sumqayıt yaxınlığında yerləşən yaşayış massivləri diqqətdən kənar qalıb.

Baxımsızlıqdan yararsız vəziyyətdə olan küçələrin əksəriyyəti Corat və Kotec qəsəbələri, eləcə də Xəzər bağları, “Betonzavod”, Yaşıldərə yaşayış massivlərində yerləşir.

Sumqayıt şəhər İcra Hakimiyyəti bunları bildirib: “Şəhərdə təmirə ehtiyacı olan küçələrdə asfaltlanma işlərinin aparılması nəzərdə tutulub. Hər il onlarla küçədə təmir işləri aparılır, yollara asfalt örtüyü salınır. Qeyd olunan ərazidə də tədbirlərin davam etdirilməsi nəzərdə tutulub”.


  • Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Yenidən qurulmasına 5 milyon manat ayrılan idman kompleksinin tikintisi 2 il müddətində başa çatıb. Prezident İlham Əliyev bu ilin oktyabr ayında stadionda yaradılan şəraitlə tanış olub. Cüdo məşqləri başlanılsa da, futbol oyunları hələ də keçirilməyib.

  • İçməli su


Sumqayıtın 1, 2, 3, 4, 8, 9, 10, 11, 12 və 13-cü mikrorayonları ərazisində su qrafik əsasında verilir. Eləcə də Qurd dərəsi, Kotec və Yaşıldərə yaşıyış massivlərində mütəmadi olaraq içməli su verilmir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Bu gün, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Bu gün, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Bu gün, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Oxşar xəbərlər