Şəhid Emil Abduləzimlinin doğum günüdür. O, 6 dekabr 1994-cü ildə şəhərimizdə anadan olub.
Emil əslən Zəngilanlı idi. O, 27 sentyabr 2020-ci idə başlayan Vətən müharibəsinə könüllü yollanıb. Cəbrayılın azadlığı uğrunda mənfur düşmənə qarşı vuruşub. Oktyabrın 19-da şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən bir gün sonra isə onun doğma Zəngilanı işğaldan qurtarılıb.
Şəhidimizin məzarı Sumqayıt Şəhidlər xiyabanındadır.
Emil Abduləzimli ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.