top
Xəzərin suyu Sumqayıtda necə və nə vaxt içməli olacaq?
14 yanvar 2026, 10:33
- ↺ +

Xəzərin suyu Sumqayıtda necə və nə vaxt içməli olacaq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə müzakirə olunan mövzulardan biri də Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq istifadəyə yararlı hala gətirilməsi ilə bağlıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda əks olunan həmin məsələ necə və hansı ardıcıllıqla icra ediləcək?

Ölkənin su təhlükəsizliyinin təmin edilməsi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanan Sərəncamla "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi" istiqamətində birinci mərhələyə uyğun olaraq işlər davam etdirilir.

Bu barədə Trend.az-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd edilib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı üzrə pilot layihə üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 2025-ci il sentyabrın 22-də Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müqavilə imzalanıb.

"Layihənin icrası üçün Sumqayıt şəhər ərazisi müəyyən edilib. 30 hektara yaxın ərazini və sahil zolağını əhatə edir. Duzsuzlaşdırma zavodunun gündəlik istehsal gücü 300 min kub metrdir. Bu da təxminən 100 milyon kub metr su istehsalı deməkdir. Bu da Abşeron yarımadasının indiki su tələbatının 20% artırılmasına şərait yaradacaq. Duzlu su təmizlənərək, içməli suya çevriləcək".

Qurumdan əlavə edilib ki, 2026-2028-ci illər Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub.

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov mövzu ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanın ərazisində cəmi 30% su formalaşır. Qalan 70% transsərhəd suları hesabına yaranır. Bu da müəyyən problemlərə səbəb olur:

"Çünki hər bir dövlətin inkişaf etməsində, yeni dövrün tələblərinə uyğun əlavə su ehtiyatlarına ehtiyac var. Vaxtilə Taxtakörpü su anbarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı proseslər olmasaydı, Bakı bu günlərdə çox ciddi problemlərlə qarşılaşa bilərdi".

Komitə sədri qeyd edib ki, Xəzər dənizinin suyunun təmizlənməsi-duzsuzlaşdırılması işləri paralel aparılacaq.

"Dəniz suyunun duzsuzlaşdırılması dünyada tətbiq olunan təcrübədir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və İtaliyada bu texnologiyalar tətbiq edilib. Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bu məsələ Azərbaycanın gələcəkdə ekoloji problemlərlə qarşılaşmaması üçündür".

Hidroloq Rövşən Abbasov açıqlamasında bildirib ki, dəniz suyunun duzsuzlaşdırılması beynəlxalq praktikada uzun müddətdir ki, tətbiq olunur. ABŞ, Küveyt, Qətər, İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələrdə su ilə təmin olunmanın əsasını dəniz sularının duzsuzlaşdırılması təşkil edir.

"Xəzərin suyu digər dənizlərlə müqayisədə 3 dəfə az duzludur. Bu o deməkdir ki, Xəzərin suyunun duzsuzlaşdırılmasına 3 dəfə daha az xərc tələb olunacaq. Xəzər dənizinin suyu iqtisadi baxımdan daha effektiv şəkildə duzsuzlaşdırılacaq".

R.Abbasov qeyd edib ki, təxminən 50%-dək su təmizlənmədən Bakıdan Xəzərə axıdılır. Bu çirklənmənin qarşısının alınması üçün Bakıda əmələ gələn kalizasiya suları təmizlənərək Xəzərə və Abşeron yarımadasındakı digər göllərə axıdılmalıdır. Həmçinin yağış sularının kanalizasiya sularından ayrılması nəzərdə tutulur. Bu da kömək edəcək ki, suyun təmizlənmə xərcləri aşağı düşsün. Xəzər dənizinin suyunun duzsuzlaşdırılma prosesinin icra ediləcəyi zavodun tikintisə artıq başlanılıb. Həmin zavod Sumqayıt istiqamətində yerləşəcək",- deyə o əlavə edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
26 oktyabr 2026, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
26 oktyabr 2026, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
26 oktyabr 2026, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
26 oktyabr 2026, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Oxşar xəbərlər