Sumqayıtda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 11 dekabr tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub. Ünvana yetişən xilasetmə qüvvələri vətəndaşı halsız tapıb. O, aidiyyəti üzrə təhvil verilib.