Sumqayıt Uşaq Xəstəxanasında 4 aylıq körpəyə cərrahi əməliyyat edilib. Bu haqda 27 dekabr tarixində Sumqayıt24 TƏBİB-yə istinadən məlumat verir.
Təcili yardım şöbəsinə çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. Uzman həkim-cərrah Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən keçirilən əməliyyat uğurla başa çatıb.
Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.