top
Yanacağın qiymətindəki dəyişiklik nəqliyyat tariflərinə təsir edəcək?
14 yanvar 2026, 14:55
- ↺ +

Yanacağın qiymətindəki dəyişiklik nəqliyyat tariflərinə təsir edəcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik olacaq. Bu dəyişiklik Azərbaycanda yanacağın qiymətindəki artımın nəqliyyat sektoruna təsirinin bir nümunəsi kimi qiymətləndirilir. Yanacaq xərclərinin yüksəlməsi bu sahədə fəaliyyət göstərən bütün subyektlərə birbaşa təsir göstərir. Xüsusilə taksi xidmətləri və ictimai nəqliyyat üçün yanacaq əsas xərc amillərindən biri olduğu üçün, qiymət artımı gedişhaqqı tariflərinin dəyişdirilməsini gündəmə gətirir. Buna görə də sərnişinlərin gündəlik xərcləri və nəqliyyat şirkətlərinin maliyyə dayanıqlığı birbaşa təsirlənir. Uzun müddətdə yanacaq qiymətinin artımı nəqliyyat şirkətlərinin investisiya planlarına və göstərdikləri xidmətin keyfiyyətinə də təsir edə bilər. Eyni zamanda sərnişinlərin alternativ nəqliyyat vasitələrinə üstünlük verməsi və ya ictimai nəqliyyatdan istifadənin azalması kimi sosial-iqtisadi nəticələr də gözlənilir. Bu səbəbdən hökumətin tarif siyasəti və yanacaq subsidiyaları məsələsi xüsusilə böyük əhəmiyyət kəsb edir.

Yanacaq qiymətlərində baş verən artım nəqliyyatda gedişhaqqı tariflərinin dəyişməsinə səbəb olacaq?

Mövzu ilə Trend.az-a açıqlamasında Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtoparkların əksər hissəsini elektobuslar, sıxılmış təbii qazla işləyən avtobuslar təşkil edir. Taksi parkının da yenilənmələrdən sonra əsas hissəsi elektomobildir.

"Bu səbəbdən yanacaq qiymətlərindəki artım gedişhaqlarının minimal dərəcədə dəyişməsinə səbəb ola bilər. İctimai nəqliyyatda baş verən son qiymət artımında da qeyd olunub ki, yalnız tələblərə cavab verən avtobusların tarifləri dəyişib", - ekspert vurğulayıb.

R. Ağamirzəyev bildirib ki, bu il "Brutto müqavilə"nin tətbiqi çərçivəsində daha maraqlı proseslər gözlənilir:

"Cari ildə 15% nağd ödənişlə işləyən avtobusların da nağdsız ödəniş sisteminə keçidini təmin etmək lazımdır. Bu gün güzəşt qrupları tələbələr, təqaüdçülər, müharibə veteranları üçün fərdi bilet paketlərinin və 90 dəqiqəlik pulsuz tranzit imkanlarının tətbiqi ümumi xərclərin optimallaşdırılmasına zəmin yaradır və bu, daha vacibdir".

Nəqliyyat eksperti Eldəniz Cəfərli isə Trend.az-a açıqlamasında bildirib ki, yanacağın qiyməti 5–10% civarında dəyişib.

"Bu dəyişikliyə görə ictimai nəqliyyatda və taksidə gediş haqqı artmayacaq. Ümumiyyətlə, taksidə gediş haqqı dəyişən tariflə müəyyən olunur və tələb-təklif əsasında formalaşır", - ekspert qeyd edib

O əlavə edib ki, taksidə istifadə olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti hibrid modellərdir və bu, müəyyən xərclərin azalmasına səbəb olur.

"Başqa sözlə, dizel yanacağı və benzinin qiymətinin 5% yüksəlməsi nəqliyyatda tariflərin artmasına gətirib çıxarmamalıdır", - deyə E. Cəfərli vurğulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
26 oktyabr 2026, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
26 oktyabr 2026, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
26 oktyabr 2026, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
26 oktyabr 2026, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Oxşar xəbərlər