Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda 11 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində qeydə alınıb. Burada quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 9 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb.
Mənzillər yanğından mühafizə olunub. Alov söndürülüb.