Sumqayıtda ağacəkmə aksiyası keçirilib. Bu haqda 9 yanvar tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
Layihə MKTİB-nin Yaşıllaşdırma İdarəsi tərəfindən icra edilib. Aksiya çərçivəsində Bakı küçəsində 100 ədəd sərv ağacı, eləcə də Bakı-Quba yolunun 29-cu kilometrində 200 ədəd Eldar şamı əkilib. Əkilən bitkilərə aqrotexniki qulluq göstərilib.