Sumqayıtda yataqxanalarda yaşayan vətəndaşların sayı açıqlanıb. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən xəbər verir.
Məlumata görə, şəhər ərazisində mövcud olan 65 yataqxanadan 4-ü zavodlara məxsusdur, qalanları isə Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Onlardan bir çoxu qəzalı vəziyyətdə olsa da, hazırda yataqxanalarda 12 minə yaxın şəhər sakini yaşayır.
Qeyd edək ki, bu günə qədər Sumqayıtda istifadəyə yararsız olan 3 yataqxana sökülüb.