Abşeron yarımadasında tozlu hava müşahidə olunur.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın sözlərinə istinadən xəbər verir ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır. Səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
Xidmət rəsmisi bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün davam edəcəyi gözlənilir.