Bakı-Sumqayıt yolunda, “Socar” YDM-in yaxınlığında yerləşən yerüstü piyada keçidinin inşası başa çatıb. Bu haqda 23 noyabr tarixində Sumqayıt24 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Açılış mərasimlərində AAYDA-nın idarə heyəti sədrinin müavini Əvəz Qocayev və agentliyin digər vəzifəli şəxsləri iştirak ediblər.
Xatırladaq ki, 2 giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb.