Sumqayıtda yük avtomobilinin sürücüsü qəflətən ölüb. Bu haqda APA-ya istinadən xəbər veririk.
Hadisə şəhər ərazisində yerləşən mağazalardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, həmin şəxs maşınla mağazalara ərzaq daşımaqla məşğul idi. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, sürücünü xilas etmək mümkün olmayıb.
Onun ölümünün səbəbləri məlum deyil.