Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı 9 nömrəli məktəbdə olub. Sumqayıt24 bu haqda 25 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Sözügedən təhsil ocağı İnşaatçılar qəsəbəsində yerləşir. Şəhər rəhbəri Zakir Fərəcov məktəbdə görülən işlər, tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb. Şagirdlərə tövsiyələrini çatdıran icra başçısı onlara dərslərində uğurlar arzulayıb.