Sumqayıt yaxınlığında baş verən zəlzələ 50 saniyə davam edib. Sumqayıt24 bu haqda 7 dekabr tarixində xəbər verir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı brifinq keçirib. Onun sözlərinə görə, zəlzələdən sonra 5 afterşok qeydə alınıb.