Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Sumqayıt24 bu gün, 3 yanvar tarixində Report.az-a istinadən verir.
43 yaşlı Zəngilan rayon sakini Həsənli Rəşad Dilavər oğlu idarə etdiyi avtomobillə yolu keçən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.