17-ci mikrorayon ərazisində antisanitar vəziyyət yaranıb.
Şikayətçilərin Sumqayıt24-ə verdiyi məlumata görə, yaşayış binasının və sexlərin yaxınlığındakı zibil konteynetləri aşıb-daşır, ətrafa üfunət yayılır. Sakinlər aidiyyəti qurumlara ərazinin həftələrlə təmizlənmədiyini bildirsələr də, heç bir tədbir görülmür.