Azərbaycan prospektində kommunal qəza olub. Bu barədə 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Belə ki, 18-ci məhəllədə yol boyunca içməli su axır. Məlumata görə, ərazidən keçən yeraltı boruda sızıntı dünən axşam saatlarında baş verib. Lakin problem hələ də həllini tapmayıb.
Qeyd edək ki, həmin boru artıq bir neçə dəfə təmir edilib. [modula id="24171"]