Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Bu haqda 12 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Səhər saatlarında Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışı ilə əlaqədar yolun bir hissəsi bağlı qalıb. Artıq magistral yolda nəqliyyatın hərəkəti tam bərpa olunub.
Daha öncə sözügedən yolda uzun tıxacın müşahidə olunması haqda məlumat vermişdik.