Sumqayıt şəhərində piyada səkilərinin yenilənməsi həyata keçirilir. Sumqayıt24 bu barədə 24 oktyabr tarixində xəbər verir.
Təmir işləri C.Cabbarlı küçəsində, 40-cı məhəllə ilə 4-cü mikrorayon arasındakı yolun hər iki tərəfində aparılır. Əraziyə tikinti materialları gətirilib. Aidiyyəti qurumun əməkdaşları tərəfindən səkiyə tamet daşları döşənir. İşlərin qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur.[modula id="25655"]