Corat bağlarında elektrik təchizatı zəifdir.
Sumqayıt24 xəbər verir ki, elektrik enerjisinin qeyri-stabil verildiyinə görə sakinlər avadanlıqları qoşmaqdan çəkinirlər. Bu problem ilboyu insanlara çətinliklər yaradır.
“Elektrik enerjisi əvvəlcə güclü verilir, qısa müddətdən sonra isə zəifləyir. Bu səbəbdən bütün avadanlıqlarımız bir-bir sıradan çıxır. Problemin tez zamanda həll ediləcəyinə ümid edirik”, - deyə sakinlər əlavə ediblər.