Sumqayıtda küçələrin işıqlandırılması üçün işlər davam edir. Bu barədə 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu istiqamətdə tədbirlər Səməd Vurğun küçəsində, Şəhidlər xiyabanının yaxınlığında görülüb. Sumqayıt küçə işıqları İdarəsinin əməkdaşları gecə saatlarında ərazidə olan işıq dirəklərinin işləməyən lampalarını yeniləyiblər.