Dənizkənarı parkda istirahət edən sakinlər üçün təhlükə mövcuddur. Sumqayıt24-ə bu haqda 25 iyul tarixində izləyici məlumat verib.
Şəhidlər xiayabnından “Göyərçin” abidəsinə gedən istiqamətdə parkın bir hissəsində bordürlər qoyulmayıb.
“Bura sakinlərin ən çox istirahət etdiyi yerlərdən biridir. Bu hissədə həmçinin işıq dirəkləri yoxdur. Yaydır, axşam saatlarında uşaqlarla gəzməyə çıxırıq. Bu ərazidən keçəndə həyəcan keçiririk“, - deyə izləyici bildirib. [modula id="18971"]