Sumqayıtda, N.Nərimanov adına Mədəniyyət Mərkəzi ilə üzbəüz yerləşən işıq dirəyi təmir edilir. Sumqayıt24 bu barədə 8 avqust tarixində xəbər verir.
Şəhərin Heydər Əliyev prospektində yerləşən dirək işləmir. Aidiyyəti qurumun əməkdaşları tərəfindən naqillərə baxış keçirilir. Məlumata əsasən, təmir işləri sabah gün ərzində yekunlaşacaq.