Sumqayıtda bəzi yol nişanları yenilənir. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.
“Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanları işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilir. Həmçinin silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də işıqforlara texniki qulluq göstərilir.