Novxanıda mağazadan meyit tapılıb.
Lent.az-ın məlumatına görə, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.
Hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.