H.Z. Tağıyev qəsəbəsində yollar baxımsız vəziyyətdədir.
Sakinlərin Sumqayıt24-ə verdiyi məlumata əsasən, İstedadlar və Yunis Dağlı küçələri uzun müddət təmir olunmur. Sözügedən ərazilərdə asfalt örtüyü yoxdur.
“Yağış yağanda yollardan keçmək qeyri-mümkündür. Yaranmış palçığa görə insanlar işə, məktəbə gedə bilmirlər. Çox əziyyət çəkirik”, - deyə şikayətçilər bildiriblər.