Sumqayıt şəhərində təbii qazın verilişində fasilə yaranacaq. Bu barədə 16 sentyabr tarixində Qaz İstismar Sahəsinə istinadən xəbər veririk.
Şəhərin H.Z.Tağıyev qəsəbəsində saat 10:00-dan etibarən işlər yekunlaşana qədər 1000 abonentin qaz təchizatı dayandırılacaq. “Azəriqaz” sakinlərdən təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.