Saray qəsəbəsində Təcili Tibbi Yardım stansiyası istifadəyə verilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeni fəaliyyətə başlayan stansiya Saray və Ceyranbatan qəsəbələrinin əhalisinə təcili tibbi yardım xidmətinin daha operativ və əlçatan şəkildə göstərilməsini təmin edəcək.
"Məqsəd vətəndaşlara vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi, çağırışlara daha qısa müddətdə çatmaq və xidmətin əlçatanlığını artırmaqdır", - deyə qeyd olunub.