Sumqayıt Dövlət Universitetində qarşıdan gələn bayramlar münasibətilə müəllimlərə pul mükafatı verilib.
Bu barədə Sumqayit24.az-a universitetin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, Novruz və Ramazan bayramları münasibətilə Sumqayıt Dövlət Universitetində çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verilib.