Sumqayıtda sərnişin avtobuslarının birində yaranan vəziyyət narahatlıq doğurub.
Sumqayit24.az-a daxil olan məlumata görə, 7 nömrəli marşrut avtobusu baxımsız gündədir.
Görüntülərdən də aydındır ki, avtobusun şüşəsi sınıb. Bu hal isə sərnişinlər, xüsusilə də uşaqlar üçün ciddi təhlükə yaradır.