Sumqayıt sakininin avtomobili yoldan çıxaraq aşıb. Sumqayıt24 bu haqda 29 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində 25 yaşlı sürücü Rəşad Quliyev ağır bədən xəsarətləri alıb. Onun hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur.
Fakt araşdırılır.