top
Sumqayıt Tibb Mərkəzinin direktoru şəkər dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi
04 mart 2026, 10:47
- +

Sumqayıt Tibb Mərkəzinin direktoru "şəkər" dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi

Sumqayıt Şəhər Məhkəməsində Sumqayıt Tibb Mərkəzində xırda xuliqanlıq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Rəyasət Bağırovun barəsində tərtib edilmiş protokol əsasında məhkəmə prosesi keçirilib.

Oxu.az-ın məlumatına görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Bağırov tərtib olunan protokolu əsassız hesab edib.

Bildirib ki, o, ikinci dərəcəli şəkərli diabet xəstəsidir:

"Mən ikinci dərəcəli şəkər xəstəsiyəm. Bununla əlaqədar dövlət tərəfindən təyin edilən pulsuz dərmanlarla bağlı Sumqayıt Tibb Mərkəzinə dəfələrlə müraciət etsəm də, həmin dərmanları ala bilməmişəm. Sumqayıt Tibb Mərkəzindəki qanunsuzluqlar və digər neqativ hallarla bağlı Baş Prokurorluğa və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanladım. Müraciət edəndən sonra Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov məni qəbul etmək üçün adamlar göndərdi. Dəfələrlə ayrı-ayrı şəxsləri mənə minnətçi göndərdi ki, şikayətimi geri götürüm, mən götürmədim. Elnur Azadxanov müavini İlkini, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfovu dəfələrlə evimə göndərdi. Amma mən onların heç birinə fikir vermədim.

Bir müddətdən sonra Sumqayıt Tibb Mərkəzində şöbə müdiri işləyən, uzun illər qonşum olan Leyla Sədiyeva bizə gəlib xahiş etdi ki, Elnur Azadxanovla görüşüm. Leylanın sözünü yerə salmadım, Sumqayıt Tibb Mərkəzinə getdim. Leyla məni Azadxanovun qəbuluna apardı. Otağa daxil olan kimi Azadxanov məni təxribata çəkdi və mənə "quldur", vətən xaini dedi. Məni təhqir etdiyi üçün mən də ona "quldur" dedim. Beş dəqiqə danışığımız oldu və mən otaqdan çıxdım. O mənə dedi ki, bu dövlətə xəyanət etmisən. Mən də dedim ki, xəyanəti sən etmisən. Mən və ailəm dövlətə, dövlətçiliyə xidmət etmişik. Mənim oğlum 44 günlük Vətən müharibəsinə könüllü gedib, igidlik göstərib və altı medalla təltif olunub. Amma Azadxanov həmin vaxtlarda ancaq kabinetdə oturub.

Bir neçə gün sonra yenə Sumqayıt Tibb Mərkəzinin əməkdaşları evimə xahişə gəldilər ki, Elnur Azadxanovu bağışlayım. Mən isə onlara rədd cavabı verdim. Bir həftədən sonra, martın 2-də polisdən zəng gəldi, məni şöbəyə dəvət etdilər. Məlum oldu ki, Elnur Azadxanov mənim barəmdə polisə şikayət edib, guya xuliqanlıq etdiyimi, onu söydüyümü bildirib. Barəmdə protokol tərtib edildi, məhkəməyə gəldik".
Hakim bildirib ki, Elnur Azadxanov məhkəməyə teleqram göndərib. Teleqramda bildirib ki, iş vaxtı xidməti vəzifəsini yerinə yetirdiyi üçün məhkəməyə gələ bilmir və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmir.

Prosesdə şahid qismində çıxış edən Sumqayıt Tibb Mərkəzinin şöbə müdiri Leyla Sədiyeva təsdiq edib ki, həqiqətən də, Rəyasət Bağırovla qonşudur və Elnur Azadxanovun qəbuluna getməsini o xahiş edib:

"Mən xahiş etdim ki, Elnur Azadxanovla görüşsün, məsələ həll olunsun. Otağa daxil olduq, mübahisə yarandı. Elnur Azadxanovla Rəyasət Bağırov söhbət əsnasında bir-birlərinə "quldur" dedilər. Sonra sakitləşdilər".

Prosesdə çıxış edən digər şahid, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfov isə bildirib ki, o, Rəyasət Bağırovu qəbul edib və Leyla Sədiyeva ilə birlikdə Elnur Azadxanovun qəbuluna göndərib. O, şəxslərin mübahisəsinin şahidi olmayıb.

Prosesdə çıxış edən Rəyasət Bağırovun vəkili Adil Bünyatov bildirib ki, hadisədə heç bir inzibati xəta və xırda xuliqanlıq halı olmayıb:

"İki nəfər bir-birinə "quldur" deyib, dava olmayıb. Ona görə də məhkəmədən xahiş edirəm ki, işə xitam verilsin".

Çıxışlardan sonra məhkəmə qərarı elan olunub. Qərara əsasən, Rəyasət Bağırov təqsirli bilinərək 50 manat cərimə edilib.

Son xəbərlər

İdman
Bu gün, 19:30

"Sumqayıt" və "Qarabağ" cərimələndi

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda sabah 28 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 18:20

Bayram günlərində hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda qalmaqal - Şagird məktəbə BIÇAQ GƏTİRİB

Bütün xəbərlər
Bu gün, 17:50

Vüqar Bayramov: "Qadınların orta maaşı kişilərin əməkhaqqısının 69,1 faizinə bərabərdir"

Bütün xəbərlər
Bu gün, 17:23

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Bütün xəbərlər
Bu gün, 17:15

Sumqayıtlı şagird imtahanda ƏN YÜKSƏK BAL YIĞIB

Bütün xəbərlər
Bu gün, 17:10

Qəzalı evlər, zirzəmilərə dolan çirkab su - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:52

Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 16:35

Bakı-Sumqayıt qatarlarının BAYRAM QRAFİKİ

Bütün xəbərlər
Bu gün, 16:33

Qurbanlıq ət kəsildikdən neçə saat sonra yeyilməlidir?

Bütün xəbərlər
Bu gün, 15:53

Buraxılış imtahanlarında YENİLİK

Bütün xəbərlər
Bu gün, 15:41

Sumqayıtda dolu yağır

Bütün xəbərlər
Bu gün, 15:12

Yağış yağır, bina dağılır – Sumqayıtda acınacaqlı vəziyyət

Bütün xəbərlər
Bu gün, 14:32

Sumqayıtın bu ərazilərində işıq puluna qənaət edilir?

İdman
Bu gün, 14:13

"Sumqayıt"ın yeni baş məşqçisi kim olacaq?

Bütün xəbərlər
Bu gün, 13:50

"Sumqayıtda baş verən qətllər sosial xarakter daşıyır" - Psixoloqdan xəbərdarlıq

Bütün xəbərlər
Bu gün, 13:10

"Biletinin pulunu verdik ki, bizə Əbu-Dabidən telefon gətirsin" — Sumqayıtda DAVA

Bütün xəbərlər
Bu gün, 12:30

Sumqayıtda bu fənn üzrə imtahan olacaq

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda narkokuryerlik edənlər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:10

Bu gün qısa iş günüdür

İdman
Bu gün, 10:31

"Sumqayıt" İliçin gedişini təsdiqlədi

Bütün xəbərlər
Bu gün, 09:50

Sumqayıtda polistirol qida qablaşdırma altlığı istehsal ediləcək

Bütün xəbərlər
Bu gün, 09:08

Sumqayıtda məktəb yaxınlığında ilan peyda olub

Oxşar xəbərlər