top
Sumqayıtda gələcəyin alimlərindən maraqlı İXTİRA
03 mart 2026, 19:15
- ↺ +

Sumqayıtda gələcəyin alimlərindən maraqlı İXTİRA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində "Sabahın Alimi" müsabiqəsi böyük maraqla keçirilib. Burada gənc istedadlar öz innovativ layihələrini təqdim edərək gələcəyin alimləri kimi potensiallarını nümayiş etdiriblər. Şagirdlər yalnız texnologiya və elmi biliklərini yox, həm də problemlərə yaradıcı yanaşmalarını göstərərək iştirakçılar və qonaqların diqqətini cəlb ediblər.

Sumqayıt məktəblilərinin hazırladıqları layihələr barədə təəssüratlarını təqdim edirik.

Sumqayıt Dövlət Təbiət Elmləri Kolleci Gimnaziyasının 11-ci sinif şagirdi  Səfurə Əsədzadə layihəsi haqqında danışıb.

Bildirilib ki, layihənin adı Vatriksdir və məqsədi yataq xəstələri və hərəkət etməkdə çətinlik çəkən şəkər xəstələrinin yaralarının sağalmasını izləmək və nəzarət etməkdir.

"Digər hidrojel və yara örtüklərində kimyəvi maddələrdən istifadə olunur və bu maddələr xəstələrdə allergik reaksiyaya səbəb ola bilər. Bizim layihədə isə yumurtanın tərkibindəki ovotransferrin üzərində qurulmuş sistemdən istifadə edilir. Ovotransferrin bakteriyaları birbaşa öldürmür, lakin onların çoxalması üçün lazım olan dəmiri özünə çəkərək bakteriyaların çoxalmasının qarşısını alır."

Bununla yanaşı, Sumqayıt şəhəri General Əsədov adına İnkişaf Tipli Internat Məktəbinin 10-cu sinif şagirdi Ayla Əsədzadə Ovatrix layihəsi haqqında məlumat verib:

"Ovatrix, ovotransferrin əsasında hazırlanmış inteqrasiya olunmuş aktiv hidrojel sistemidir. Normal xiyar örtüklərindən fərqli olaraq, hidrojel evdə qulluğa ehtiyacı olan xəstələrin yaralarının rütubət və temperatur məlumatlarını izləyə bilir. Hidrojelin daxilində yerləşdirilən sensorlar vasitəsilə bu məlumatlar ilkin ekran vasitəsilə izlənir və temperatur, rütubətlilikdəki dəyişikliklər barədə sistem tərəfindən qeyd olunur".

Hər iki iştirakçı layihələrinin effektivliyini və innovativ yanaşmalarını nümayiş etdirərək, gələcəyin alimləri kimi potensiallarını göstəriblər.

Mənbə: AzEdu.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər