top
Sumqayıtda kanalın qarşısı kəsildi, təsərrüfatlara ziyan dəydi - İDDİA- Açıqlama
12 aprel 2026, 16:45
- ↺ +

Sumqayıtda kanalın qarşısı kəsildi, təsərrüfatlara ziyan dəydi - İDDİA- Açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıtda "Yaşma" bağları adlanan ərazinin sakinləri mövcud kanalın Sumqayıt Bələdiyyəsi tərəfindən bağlandığını iddia ediblər. 

Vətəndaşların məlumatına əsasən, bu ərazilərin sonradan müəyyən şəxslərə ödəniş müqabilində satılması kanalın istiqamətinin dəyişdirilməsinə və suyun çıxışının məhdudlaşmasına səbəb olub. 

Sumqayit24.az -ın sorğusuna cavab olaraq Sumqayıt Bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Nizami Rəsulov bildirib ki, vətəndaşların səsləndirdiyi ittihamların heç bir hüquqi əsası yoxdur və qeyd olunan məsələ ilə bələdiyyənin hər hansı əlaqəsi mövcud deyil.

Açıqlamada qeyd olunur ki, sözügedən torpaq sahələri vaxtilə müvafiq dövrdə müəssisələrə aid Bağçılıq cəmiyyətləri tərəfindən bağ sahələri üçün ayrılıb. Son 30 il ərzində isə bələdiyyə tərəfindən Yaşma bağlarında heç bir şəxsə torpaq sahəsi ayrılmayıb və ya satışı həyata keçirilməyib. Eləcədə Sumqayıt Bələdiyyəsi həmin ərazilərdə rəsmi çıxarışı olmayan şəxslər tərəfindən hər hansı hasar çəkilməsini də qəti qadağan edib.

Bununla yanaşı, kanalın bağlanması ilə bağlı məsələyə də aydınlıq gətirilib. Bildirilib ki, həmin ərazidə kanal torpaq sahibləri tərəfindən bağlanıb və bu prosesdə bələdiyyənin iştirakı olmayıb.

Ancaq buna baxmayaraq Sumqayıt Bələdiyyəsi əməkdaşları sözügedən ünvana baş çəkəcək və vətəndaşın şikayəti tam araşdırılacaq.

Sumqayıt Bələdiyyəsi bir daha vurğulayır ki, səsləndirilən iddialar əsassızdır və ictimaiyyətə yalnız rəsmi mənbələrə istinad etmələri tövsiyə olunur.


***

Sumqayıtın "Yaşma bağları" adlanan ərazisində sakinlər müxtəlif problemlərlə üzləşiblər. 

Sumqayit24.az-a müraciət edən şikayətçilər iddia edirlər ki, ərazidə olan mövcud kanal Sumqayıt Bələdiyyəsi tərəfindən bağlanıb. 

Vətəndaşların məlumatına əsasən, bu ərazilərin sonradan müəyyən şəxslərə ödəniş müqabilində satılması kanalın istiqamətinin dəyişdirilməsinə və suyun çıxışının məhdudlaşmasına səbəb olub. 

Sakinlər qeyd edirlər ki, əvvəlki illərdə yağan güclü yağışlar zamanı belə ciddi problemlə üzləşməyiblər. Lakin bu dəfə suyun yığılması nəticəsində yağış suları axıb getməyib, borular tutulub və su geri qayıdaraq həyətlərə dolub.

Məlumata görə, subasması nəticəsində bəzi təsərrüfatlara ciddi ziyan dəyib. Fermaların bir hissəsi su altında qalıb, heyvan tələfatının da olduğu iddia edilir.

Sakinlər problemin qısa zamanda aradan qaldırılmasını və aidiyyəti qurumların məsələyə müdaxilə etməsini tələb edirlər.

Sumqayıt bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Sözügedən qurum mövqe bildirərsə, işıqlandırmağa hazırıq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər