Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı S.Həmidov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sözügedən şəxs 1-ci mikrorayonda mağazadan 1690 manat dəyərində kosmetik vasitələr oğurlayıb.