Sumqayıt şəhərində abadlaşdırma işləri həyata keçirilib. Bu barədə 30 dekabr tarixində Sumqayıt24 şəhər Ağsaqqallar Şurasına istinadən xəbər verir.
Mənzil Kommunal Təsərrüfatı İB tərəfindən Koroğlu prospekti və Məhəmməd Əsədov küçəsində iməcilik işləri aparılıb. İşçilər yolun hərəkət hissəsində yerləşən bordürləri yuyub rəngləyiblər. Ərazi məişət tullantılarından təmizlənib.