Sumqayıt şəhərindəki qəbiristanlıqda vəfat edən 1998-ci il təvəllüdlü Ülvü Əlisəfa oğlu Xasayzadə tələbə imiş.
Sumqayit24.az xəbər verir ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kursunda təhsil alırmış.
Vətən müharibəsi iştirakçısı olan Ü.Xasayzadə Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.
Xatırladaq ki, aprelin 11-də Sumqayıtda şəhərinin qəbiristanlığında 1998-ci il təvəllüdlü Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti aşkarlanıb.