Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.