Sumqayıt şəhərində işıq dirəkləri qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 15 fevral tarixində Sumqayıt24 məlumat verir.
Məlumata əsasən, problemli dirəklər şəhərin Sülh və Bakı küçələrindədir (“Mirvari” restoranının yanında). Bakı küçəsində olan dirəyin sütunu əyilib. Sülh küçəsində olan dirəyin isə cərəyan hissəsi açıqdır.
Sakinlərin sözlərinə görə, bəzi vətəndaşlar dirəyin açıq hissəsindən zibil qutusu kimi istifadə edir. [modula id="9838"]