top
Sumqayıtda Xəzəri çirkləndirən şirkətlərə ağır cərimə
13 mart 2026, 12:19
- ↺ +

Sumqayıtda Xəzəri çirkləndirən şirkətlərə ağır cərimə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda sənaye müəssisələrinin tullantı sularının təmizlənmədən Xəzərə axıdıldığı üzə çıxıb.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.

Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Ekologiya və Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən, Şirvan yaşayış massivindən dənizə axarlardan və Sumqayıt Sukanal İdarəsinin Su Təmizləyici Qurğusunun dənizə çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi, mikrobioloji təhlillərin nəticəsinə görə zərərli maddələrin və xəstəlik törədən bakteriyaların miqdarının yol verilən qatılıq həddindən yüksək olması faktı ilə əlaqədar inzibati protokol tərtib olunub və cərimə tətbiq edilib. Məsələ ilə bağlı Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt Sukanal İdarəsinə xəbərdarlıq məktubları göndərilib.

Aparılan monitorinqlər zamanı Karbamid Zavodunda formalaşan sənaye və çirkab sularının ekoloji tələblərə uyğun təmizlənmədən Sumqayıtçaya axıdılması faktı ilə bağlı Zavodun cavabdeh məsul şəxsi barəsində inzibati protokol tərtib edilib və cərimə tətbiq olunub. Həmçinin "Azərsun Kağız və Karton İstehsalatı Korporasiyası" ASC-yə məxsus müəssisədə formalaşan tullantı sularının təmizlənmədən birbaşa Sumqayıtçaya axıdılması, "Ayans Tekstil" MMC-yə, "Plastcon Group Pipe" MMC-yə, "Azpal" MMC-yə, "Texnoil" MMC-yə, həmçinin "Azercathode" MMC-yə məxsus müəssisələrdə formalaşan tullantı sularının təmizlənmədən birbaşa "Acı Dərə" kanalına axıdılması faktları ilə bağlı inzibati protokollar tərtib edilib, cərimə qərarının çıxarılması üçün materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib:

"Məlumat üçün bildiririk ki, 2025-ci ildə ADSEA əsaslı vəsait qoyuluşu çərçivəsində Sumqayıt şəhəri "Acıdərə" kanalı boyunca kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçirilib. Layihə çərçivəsində "Acıdərə" açıq kanalının hövzəsi boyu yerləşən fərdi yaşayış evlərindən, müəssisələrdən, sənaye obyektlərindən formalaşan tullantı sularının kanalizasiya kollektorları və toplayıcı şəbəkə vasitəsilə Sumqayıt Tullantı Su Təmizləyici Qurğularına ötürülməsi, mənsəb nöqtəsinin yaradılması ilə Yaşıl dərə yaşayış massivi və 76-cı məhəllə adlanan ərazilərdə formalaşan tullantı sularının qəbulu imkanı, tullantı sularının müvafiq normalara uyğun olaraq təmizlənərək Xəzər dənizinə axıdılması nəzərdə tutulur. Sumqayıt şəhərində çirkab su təmizləyici qurğunun tikintisi məsələsinə Dövlət İnvestisiya Proqramına daxil olan layihələrin qiymətləndirilməsini və prioritetliyinin müəyyənləşdirilməsini həyata keçirən İqtisadiyyat Nazirliyinin rəyi nəzərə alınmaqla dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü çərçivəsində baxılacaq".

Mənbə: Apa.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər