Sumqayıtda yaşayış binasının yaxınlığında yanğın hadisəsi baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə 4-cü mikrorayonda, məişət tullantılarının atıldığı ərazidə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və alov söndürülüb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.