Sumqayıt şəhəri, 18-ci məhəllədə su kəsilib. Bu haqda 5 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Problem bir neçə binada müşahidə olunur. Sakinlərin sözlərinə görə, suyun verilişində yaranan fasilə səhər saatlarından indiyədək davam edir. Əvvəlcədən xəbərdarlıq edilmədiyi üçün insanlar bir sıra çətinliklərlə qarşılaşıblar.