Sumqayıt-Horadiz şəhərlərarası avtobus marşrutu üzrə müsabiqənin qalibi məlum olub.
Sumqayit24.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Azərbaycanda daha bir neçə istiqamət üzrə keçirilən avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Müsabiqənin nəticələrinə əsasən, Sumqayıt-Horadiz şəhərlərarası avtobus marşrutu üzrə qalib müəyyənləşib. Belə ki, sözügedən marşrut xətti üzrə fiziki şəxs Talıbov Polad Tahir oğlu qalib elan olunub.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.