Sumqayıtlı daha bir şagird Amerika Birləşmiş Ştatlarına (ABŞ) yollanacaq.
Sumqayit24.az xəbər verir ki, XV "Sabahın Alimləri" müsabiqəsinin qızıl medalçısı, Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdi Şəms Nəbiyeva ABŞ-də keçiriləcək ISEF Beynəlxalq Elm və Mühəndislik Yarışmasının final mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, Sumqayıt şəhər Texniki Təbiət Elmləri Liseyinin şagirdi Göyçək Alızadə də ABŞ-də keçiriləcək ISEF beynəlxalq final mərhələsinə vəsiqə qazanıb.