Xəzər dənizində zəlzələ qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, 3.6 maqnitudalı zəlzələ yerli vaxtla 10:10-da və 56 km dərinlikdə baş verib.