Martın 19-da Yer kürəsində güclü maqnit fırtınası gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri "Telegram" kanalında xəbərdarlıq ediblər.
Qeyd edilir ki, qasırğanın ehtimal edilən gücü pik həddə G2-dən G3-ə (güclü) qədər təşkil edəcək və təxminən 10 saat davam edəcək.