Sumqayıt idmançısı V İslam Həmrəyliyi Oyunlarında uğur qazanıb. Bu barədə Sumqayıt24 11 avqust tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Türkiyənin Konya şəhərində keçirilən İslamiadada ağır atletika üzrə yarışda çıxış edən Nazilə İsmayılova 45 kq çəki dərəcəsində birdənqaldırma (54 kq), təkanla (67 kq) və iki hərəkətin cəmində 121 kq nəticə göstərərək bürünc medallara layiq görülüb.
Turnir avqustun 18-dək davam edəcək.